Sabah hava əsasən yağmursuz keçəcək

18 Yanvar 2026 12:58 (UTC+04:00)

Yanvarın 19-da gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Abşeron yarımadasının ayrı-ayrı yerlərində gecəyə doğru yağıntı intensivləşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Rayonlarda mülayim qərb küləyi arabir güclənəcək

Yanvarın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 3-7° şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.