Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq

18 Yanvar 2026 11:15 (UTC+04:00)

Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.

SİA-nın məlumatına görə, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.