Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq

18 Yanvar 2026 09:41 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında bu gün XIII tura yekun vurulacaq.

SİA xəbər verir ki, turun sonuncu oyun günündə A qrupunda iki qarşılaşma baş tutacaq.

Saat 15:00-da "Sabah" - "Şəki" matçı start götürəcək. "Sabah" 21 xalla ikinci pillədə qərarlaşıb. 14 xala malik "Şəki" isə 5-cidir.

NTD - "Abşeron Lions" görüşünə isə saat 18:00-da start veriləcək. "Abşeron Lions" 23 xalla qrupda lider mövqeyindədir. NTD isə 12 xalla sonuncu - 6-cıdır.

Hər iki matçı Bakı İdman Sarayında keçiriləcək.