Almaniya mətbuatı Azərbaycan qazından yazır

18 Yanvar 2026 02:03 (UTC+04:00)

Almaniyanın bir sıra aparıcı nəşrlərində, o cümlədən “Spiegel”, “Handelsblatt” və “Berliner Zeitung” qəzetlərində Azərbaycanın ilk dəfə Almaniya və Avstriyaya təbii qaz tədarükünə başlamasına dair məqalələr dərc olunub. Belə ki, xəbərlərdə bu addım Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir, Avropanın Rusiyadan enerji asılılığının azaldılması strategiyasına töhfə olduğu vurğulanır. Alman nəşrləri bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra 2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün artırılması barədə razılığın əldə edilməsi Avropanın Rusiyadan asılılığının azaldılması baxımından mühüm addım oldu.

Qeyd edilib ki, Azərbaycandan Almaniyaya və Avstriyaya qazın tədarükü Cənub Qaz Dəhlizi və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçirilir. Qaz Yunanıstan və Albaniya ərazisindən keçərək Cənubi İtaliyaya çatdırılır, oradan isə Avstriya və Almaniyaya ötürülür. Bu iki yeni bazarın əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb.

Mətləb