Ukrayna Rusiyanın dron anbarını vurub - TƏCİLİ

18 Yanvar 2026 01:14 (UTC+04:00)

Ukrayna Müdafiə Qüvvələri Krım ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.

Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəni vurub.

Mətləb