Bu ölkə müdafiə xərclərini 2,4 milyard avroya yüksəltdi

18 Yanvar 2026 00:15 (UTC+04:00)

Estoniya bu il ümumi daxili məhsulun (ÜDM) 5,4 %-ni müdafiəyə xərcləyəcək. SİA-nın məlumatına görə bu barədə ölkənin Baş naziri Kristen Mixal "Facebook"da paylaşım edib.

SİTAT: "2026-cı ildə xarici vəsaitlər də daxil olmaqla, Estoniyanın müdafiə xərcləri tarixi baxımdan yüksəkdir: təxminən 2,4 milyard avro və ya ÜDM-in 5,43 faizi", - o yazıb.

Mətləb