Naxçıvanda avtomobillər toqquşub, üç qadın xəsarət alıb

17 Yanvar 2026 16:10 (UTC+04:00)

Naxçıvan şəhərində minik avtomobili ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

SİA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut avtobusu toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.