Səyahət zamanı kibertəhlükəsizlik: nələri bilməliyik?
Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) tərəfindən hazırlanmış “Danışır CERT” podkastının ilk buraxılışı yayımlanıb.
Bu barədə SİA-ya Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
İlk buraxılışda səyahət zamanı qarşılaşa biləcəyimiz kibertəhlükələr və fərdi məlumatların qorunması ilə bağlı vacib məqamlar müzakirə olunub, həmçinin mövzu üzrə aktual yanaşmalar və praktik tövsiyələr təqdim edilib.
Buraxılışın qonağı "Azərbaycan Hava Yolları" QSC-nin İnformasiya təhlükəsizliyi departamentinin müdiri Elxan Abdullayevdir.