Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 667 min ABŞ dolları dəyərində 84 ton mixək idxal edib.
SİA Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq 28 % azdır.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 585,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çox) 76,31 ton (+27 %), Madaqaskardan 57,7 min ABŞ dolları dəyərində (-79 %) 6,1 ton (-80 %), Türkiyədən 7,11 minABŞ dolları dəyərində (-27 %) 0,33 ton (+27 %), Hindistandan 6,84 min ABŞ dolları dəyərində (-91 %) 1 ton (-90 %), Almaniyadan 0,11 minABŞ dolları dəyərində (+2,8 dəfə) 0,01 ton (dəyişməyib) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib