Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb

17 Yanvar 2026 13:05 (UTC+04:00)

Ötən gün Azərbaycanda itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılırdı.