...Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Rusiya və Ukrayna ilə elektrik xəttinin təmiri üçün yerli atəşkəs rejiminin yaradılması barədə razılığa gəldiyini açıqladı.
Xətt Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edir.
...Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyi Rusiya Federasiyası və Ukraynanın yerli atəşkəs rejiminin yaradılmasına razılığını əldə etdi ki, bu da Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu Qrossinin agentliyin veb saytında dərc olunmuş mətbuat açıqlamasında deyilir.
Elektrik xəttinin təmir işlərinə yaxın günlərdə başlanacağı gözlənilir.
Qrossi həmçinin vurğulayıb ki, bu, münaqişənin başlanğıcından bəri əldə edilən dördüncü belə razılaşmadır. Agentliyin məlumatına görə, bir qrup müşahidəçi təmir işlərini və atəşkəsi izləmək üçün artıq Vyanadan Enerhodara yola düşüb.
Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyasındakı yüksək gərginlikli xətt əvvəllər yerli atəşkəs zamanı təmir edilmişdi. Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində sıradan çıxan Ferrosplavnaya-1 yüksək gərginlikli elektrik xətti bərpa edilib.
Əli Babayev