Kosmosda Yer kürəsinin gələcəyini xəbər verən dəmir bulud kəşf edilib...

17 Yanvar 2026 21:08 (UTC+04:00)

Alimlər kosmosda nəhəng “təmiz dəmir buludu”na bənzər bir şey kəşf ediblər.

Bu obyekt Yer kürəsindən təxminən 2400 işıq ili məsafədə, Lira bürcündə yerləşir.

SİA-nın əldə etdiyi məlumata görə, bu kəşf Mavi Planetin mümkün sonu ilə bağlı qorxulu bir proqnoz ola bilər.

Kardiff və London Universitetləri Kollecinin tədqiqatçıları nəhəng bir "dəmir külçəsi" kəşf ediblər.

Astronomlar bunun, çox güman ki, öz ulduzu tərəfindən ömrünün son mərhələlərində yeyilən qayalı bir planetin qalıqları olduğunu ehtimal edirlər.

Bir neçə milyard ildən sonra Günəş də oxşar bir prosesdən keçəcək...

Ulduzun yanacağı tükənməyə başlayanda kəskin şəkildə şişəcək.

...The Times qəzetinin məlumatına görə, alimlər bu proses zamanı Günəşin Merkuri, Venera və çox güman ki, Yer kürəsinin özünü yeyəcəyinə inanırlar.

Əvvəllər mütəxəssislər nəzəri olaraq Kainatın ani məhvinə səbəb ola biləcək prosesi ilk dəfə kvant kompüterində yenidən yarada bilirdilər. Onların təhlil etdiyi proses "yalançı vakuum" çökməsi adlanır.

Əli Babayev