Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

17 Yanvar 2026 10:26 (UTC+04:00)

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən SİA- ya bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı və 475 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.