Hakan Fidan bu ölkənin XİN rəhbərinə zəng etdi

17 Yanvar 2026 00:32 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Omanın xarici işlər naziri Badr əl-Busaidi arasında telefon danışığı olub. Bu barədə "TRT Haber" məlumat yayıb. Söhbət zamanı bölgədəki münaqişə və gərginliklərin aradan qaldırılması məqsədi ilə Türkiyə və Oman tərəfindən son günlərdə həyata keçirilən təmasların nəticələri dəyərləndirilib.

Mətləb