Voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçirilib...

16 Yanvar 2026 19:57 (UTC+04:00)

Voleybol üzrə Yüksək Liqada növbəti oyunlar keçirilib.

SİA xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış bir görüş reallaşıb.

Belə ki, "Azərreyl" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici"ni 3:0 hesabı ilə məğlub edib.

Qadınlarda IX turdan iki oyun baş tutub. "Turan" "Murov Az Terminal"ı "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə üstələyib.