Bakının bu rayonlarında böyük söküntü gözlənilir

16 Yanvar 2026 22:01 (UTC+04:00)

Bakının bir sıra ərazilərində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vuran binaların və fərdi yaşayış evlərinin ünvanları məlum olub. SİA xəbər verir ki, onlar həm şəhərsalma, həm də insanların təhlükəsizliyi baxımından bir sıra risklər yaradır. Yenidənqurma işləri aparılacaq həmin ərazilər Səbail, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nizami, Sabuncu, Nəsimi, Suraxanı və Pirallahı da rayonlarını əhatə edir. Burdakı bir çox tikililərdə uzun illərdir yaşayış olsa da, nəinki sakinlərə hətta yoldan keçənlərə də maneə yaradır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə, sürüşmə zonalarında neftlə çirklənmiş ərazilərdə yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə tikilən evlərin söküntüsü planlaşdırılır.

Mətləb