...Ukrayna Prezidenti Vladimir Zelenski Çexiya Prezidenti Petr Pavel ilə birgə brifinqdə Ukrayna nümayəndə heyətinin danışıqlar üçün ABŞ-a getdiyini açıqladı.
SİA-nın məlumatına görə, nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanov və Ukraynadakı "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Araxamiya daxildır.
Zelenskinin sözlərinə görə, Tramp administrasiyasının nümayəndələri ilə görüşlər yaxın günlərdə planlaşdırılır.
...Ümid edirik ki, həm Amerika tərəfi ilə hazırladığımız sənədlər, həm də Rusiyanın davam edən bütün diplomatik işlərə cavabı ilə bağlı daha çox aydınlıq olacaq, - Ukrayna Prezidenti bildirib.
Əli Babayev