Çexiya Ukraynaya döyüş təyyarələri göndərəcək...

16 Yanvar 2026 19:15 (UTC+04:00)

...Çexiya Prezidenti Petr Pavel Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib ki, Praqa yaxın gələcəkdə Ukraynaya dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş döyüş təyyarələri tədarük etməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters bildirir.

...Çexiya nisbətən qısa müddətdə dronlara qarşı çox təsirli olan bir neçə orta ölçülü döyüş təyyarəsi tədarük edə bilər və inanıram ki, bu məsələni tez və uğurla həll edə biləcəyik, - deyə Pavel bildirib.

O, hansı təyyarələrdən danışdığını dəqiqləşdirməyib, lakin agentliyin qeyd etdiyi kimi, Pavel əvvəllər Çexiya ordusu ilə xidmətdə olan L-159 səsdən aşağı sürətli qırıcılarının Ukraynaya köçürülməsi imkanını nəzərdən keçirmişdi. O əlavə edib ki, Çexiya həmçinin passiv radarlar da daxil olmaqla erkən xəbərdarlıq sistemləri tədarük edə bilər.

Əli Babayev