Tramp bəşəriyyət tarixində ən vacib açıqlamanı verməyi planlaşdırır...

16 Yanvar 2026 18:36 (UTC+04:00)

...SİA xəbər verir ki, Daily Star qəzetinin sənədli film rejissoru Mark Kristofer Liyə istinadən verdiyi məlumata görə, Tramp bəşəriyyət tarixində ən vacib açıqlamanı verməyi planlaşdırır.

ABŞ prezidentinin insanların ilk dəfə yadplanetlilərlə təmasda olduğunu elan etməyi planlaşdırdığı bildirilir.

O, bunu 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək FİFA Dünya Kuboku zamanı edəcək.

Li qeyd edib ki, Tramp artıq "bəşəriyyəti əbədi olaraq dəyişdirəcək" bir çıxış yazıb.

Nəşr bildirir ki, bu, ABŞ ordusunun Nyu-Meksiko ştatının Rosvell şəhərində baş verdiyi iddia edilən NLO qəzasından sonra "uçan disk" aşkar etdiyini iddia edən rəsmi açıqlamadan düz 79 il sonra baş verəcək.

ABŞ iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda İspaniyanın G20 sammitinə hazırlıqlarına mane olur.

Əli Babayev