ABŞ İranın vəziyyəti həll etməsi üçün dörd şərt irəli sürüb...

16 Yanvar 2026 18:16 (UTC+04:00)

...İranla münaqişənin diplomatik həllinə nail olmaq üçün ABŞ tələblər siyahısını təqdim etdi. Bunlar 16 yanvarda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoff tərəfindən açıqlandı.

SİA-nın əldə etdiyi məlumata görə, Floridada keçirilən konfransdakı çıxışında Vitkoff diqqət tələb edən əsas sahələri qeyd etdi: uranın zənginləşdirilməsi, raketlərin azaldılması, mövcud nüvə materialına nəzarət (təxminən iki ton) və proksi qüvvələrə dəstəyin dayandırılması.

Vitkoff bildirib ki, ABŞ İrana yuxarıda qeyd olunan məsələlərin diplomatik yolla həllində kömək etməyə hazırdır. O, ölkə beynəlxalq birliklə tam münasibətləri bərpa etməyə çalışarsa, diplomatik yolun İran üçün açıq olduğuna əminliyini ifadə etdi.

Xüsusi elçi qarşılıqlı məqbul diplomatik həll yoluna ümid etdiyini bildirdi. Daha əvvəl Vladimir Putin Netanyahu ilə danışdıqdan sonra İran prezidentinə zəng etmişdi.

Əli Babayev