Şəki rayonunda üç gün əvvəl idarə etdiyi avtomobildə dərəyə yuvarlanan sürücü ölüb.
SİA-nın məlumatına görə, yanvarın 13-də rayonun Çayqaraqoyunlu kəndində "Opel" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov yanvarın 16-da günorta saatlarında xəstəxanada həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.