Ankara məktəblərində bir aylıq "Azərbaycan Stendi" açılıb

17 Yanvar 2026 17:03 (UTC+04:00)

Ankara Özəl YÜCE Məktəblərində yanvar ayı Azərbaycana həsr olunub. Bu məqsədlə, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan mədəniyyətini, tarixini və dilini təbliğ etmək məqsədi ilə məktəbdə bir aylıq "Azərbaycan Stendi" açıb.

Məktəbin əsas giriş foyesində yerləşən stenddə milli mədəniyyətimizlə bağlı suvenirlər, milli musiqi alətləri, Azərbaycan nağıl personajlarının maketləri, oyuncaqlar, xalçalar, kəlağayılar və Azərbaycan haqqında ana dilimizdə və Türkyə Türkcəsində nəşrlər nümayiş olunur.

Məktəblilər, ayrı-ayrı siniflər Azərbaycan stendini ziyarət edir və onlara ölkəmiz haqqında məlumat verilir.

Sonda, bu nəşrlər Ankara Özəl YÜCE Məktəbinin kitabxanasına bağışlanacaq.

Bu ay ərzində şagirdlər Qafqazın incisi və qardaş ölkə olan Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, möhtəşəm abidələri, memarlığı, gözəl turizm imkanları və böyük nailiyyətləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Namik Kemal YILDIRIM,
“Səs” qəzetinin Türkiyə təmsilçisi

***

Ankara okullarında bir ay sürecek "Azerbaycan Standı" açıldı

Ankara Özel YÜCE Okulları'nda Ocak ayı, Azerbaycan'a adanmış, bu amaçla Azerbaycan Cumhuriyeti Türkiye'deki Büyükelçiliğine bağlı Azerbaycan Kültür Merkezi, Azerbaycan kültürünü, tarihini ve dilini tanıtmak amacıyla okulda milli kültürümüzü ve sanatımızı sergileyen bir aylık "Azerbaycan Standı" açmıştır.

Okulun ana giriş lobisinde açılan stantta, milli kültürümüzle ilgili hediyelik eşyalar, milli müzik enstrümanları, Azerbaycan masal kahramanlarının modelleri, oyuncaklar, halılar, kelagayilar ve Azerbaycan hakkında ana dilimizde ve Türkiye Türkçesinde yayınlar yer almaktadır.

Öğrenciler, ayrı sınıflarda Azerbaycan standını ziyaret ederek ülkemiz hakkında bilgi edinmektedirler.

Sonda, söz konusu yayınlar Ankara Özel YÜCE Okulu kütüphanesine bağışlanacaktır.

Bu ay boyunca, okul öğrencileri Kafkasların incisi olan, kardeş ülke Azerbaycan'ın zengin kültürü, edebiyatı, muhteşem anıtları, mimarisi, harika turizm olanakları ve büyük başarılarıyla tanışma fırsatı bulacaklar.

Namık Kemal YILDIRIM,
“Ses” qazetesinin Türkiye temsilçisi