Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Cəlilabadda bu, eləcə də Masallı, Biləsuvar, Salyan rayonlarının sakinlərini qəbul edib.
SİA bu barədə Komitəyə istinadən xəbər verir.
Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.