Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək

16 Yanvar 2026 14:20 (UTC+04:00)

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

SİA xəbər verir ki, millinin üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.