Restorandan iki ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıblar

16 Yanvar 2026 12:47 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən restoranların birindən iki ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı X. Eyvazov və 39 yaşlı İ. Ələkbərov saxlanılıblar.

Araşdırmalar aparılır.