Kremlin həqiqətən sülh istədiyinə dair heç bir dəlil yoxdur...

16 Yanvar 2026 11:48 (UTC+04:00)

...Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib ki, Böyük Britaniya Fransa və İtaliya liderlərinin Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqlara başlamaq təklifini dəstəkləmir.

...Düşünürəm ki, Putinin həqiqətən sülh istədiyinə dair dəlillərə ehtiyacımız var və hazırda bunu görmürəm.

SİA-nın məlumatına görə, Kuper "Politico"ya verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ və Avropa ilə sülh planı üzərində işləyir, lakin Putin hələ də danışıqlar masasına oturmağa hazır deyil. Buna görə də Kuper Moskvaya iqtisadi sanksiyalar və Kiyevə hərbi dəstək vasitəsilə təzyiqi artırmağa çağırıb.

...Daha əvvəl Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcio Meloni ABŞ-ın təşəbbüsü ilə aparılan danışıqların "dalana dirənməsinə" baxmayaraq, Putinlə diplomatik kanalların açılmasına açıq şəkildə çağırış ediblər.

"Politico"nun mənbələrinə görə, bu fonda AB ölkələri Ukrayna ilə bağlı ruslarla danışıqlar üçün xüsusi nümayəndə yaratmaq imkanını müzakirə etməyə başlayıblar.

Nəşrin mənbələri aydınlaşdırıb ki, təşəbbüs "ABŞ-ın Rusiya ilə arxasınca sövdələşmə apardığı" bir vəziyyətin qarşısını almağa yönəlib.

Eyni zamanda, bu ideyanın tərəfdarları hesab edirlər ki, danışıqlar masasında AB-nin xüsusi nümayəndəsinin olması Ukraynanın gələcək NATO-ya üzvlüyü də daxil olmaqla, əsas mövqelərin müdafiəsinə kömək edəcək.

Yeri gəlmişkən, bir gün əvvəl, 15 yanvarda Putin xarici səfirlərin etimadnamələrini qəbul etmə mərasimində Avropanın gec-tez "təhlükəsizlik məsələləri nəzərə alınmaqla milli maraqlara hörmət prinsiplərinə əsaslanan normal, konstruktiv ünsiyyətə" qayıdacağını bildirmişdi. Onun sözlərinə görə, "sülh öz-özünə gəlmir" - o, hər gün insanların özləri tərəfindən qurulur.

Əli Babayev