Ötən gün 10 avtomat, 4 qumbara aşkarlanıb

16 Yanvar 2026 11:28 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.