Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı dinləmələr keçiriləcək

16 Yanvar 2026 11:24 (UTC+04:00)

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzularına həsr edilən dinləmələr keçiriləcək.

SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir.