FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunlardan birində fərqlənən epizod beynəlxalq basketbol ictimaiyyətinin diqqətini cəlb edib.
SİA xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Sabah"ın basketbolçusu Hassani Qravett Çexiyanın “Nimburk” komandası ilə matç zamanı nümayiş etdirdiyi texniki ustalıqla yadda qalıb.
Görüşün gedişində Qravettin etdiyi yüksəksəviyyəli spin-move (hərəkətlə fırlanma) epizodu oyunun ən yaddaqalan anlarından birinə çevrilib. Sözügedən hərəkət Avropanın ali basketbol qurumu olan FIBA tərəfindən Çempionlar Liqasının rəsmi instaqram hesabında paylaşılaraq, qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb və azarkeşlər tərəfindən böyük marağa və müzakirəyə səbəb olub. Video qısa müddət ərzində 3 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayaraq, basketbol ictimaiyyətinin diqqətini üzərinə çəkib.
Hassani Qravett 2 ildir üçqat Azərbaycan çempionu "Sabah"ın heyətində çıxış edir.