Nyu-York birjasında təbii qaz bahalaşıb

16 Yanvar 2026 09:52 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA xəbər verir ki, 2026-cı ilin fevral ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,15% artaraq 3,178 ABŞ dolları təşkil edib.