Azərbaycan Basketbol Liqasında XIII tura start veriləcək

16 Yanvar 2026 09:48 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında bu gün XIII tura start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

B qrupunda yer alan "Naxçıvan" "Lənkəran"ın qonağı olacaq. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da stat götürəcək.

Qonaqlar 21 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.