CEPA: Rumıniya özünü NATO üçün əvəzolunmaz hala gətirir...

15 Yanvar 2026 20:36 (UTC+04:00)

Rumıniya Şimali Atlantika Alyansındakı rolunu gücləndirir və NATO-nun Şərqi Avropadakı əsas logistika mərkəzlərindən birinə çevrilir.

Ukraynaya silah çatdırılmasını əlaqələndirmək üçün istifadə ediləcək yeni NATO logistika mərkəzi yanvar ayında fəaliyyətə başlayıb.

O, Polşanın Rzeszov şəhərindəki oxşar mərkəzlə paralel olaraq fəaliyyət göstərir ki, bu da alyansın Ukrayna ətrafındakı hərbi infrastrukturunun genişlənməsini əks etdirir. Eyni zamanda, Rumıniya Qara dəniz sahilindəki aviabazasını genişləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CEPA yazır.

2030-cu ilə qədər 10.000-ə qədər əsgər yerləşdirə biləcək və bu da onu Avropadakı ən böyük NATO aviabazasına çevirəcək.

Bu, ənənəvi olaraq Rusiyanın təsir zonası hesab edilən Qara dəniz bölgəsində alyansın mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirəcək və Buxarestin NATO-ya strateji istiqamətini təsdiqləyəcək.

Əli Babayev