İranın xarici işlər naziri Abbas Əraqçi ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. SİA "Tasnim" agentliyinə istinadən xəbər verir ki, nazirlər 25 illik əməkdaşlıq sazişi çərçivəsində iki ölkə arasındakı hərtərəfli münasibətlərdən məmnunluqlarını ifadə edərək ölkə liderlərinin qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələri gücləndirmək və genişləndirmək əzmini vurğulayıblar.
A.Əraqçi İrandakı etirazlar barədə də məlumat verib. O, Çinin İranın daxili işlərinə xarici müdaxiləyə etiraz etdiyinə görə minnətdarlığını bildirib. "Dinc aksiyalara terror elementlərinin daxil olması etirazların zorakı hal almasına gətirib çıxarıb" , - İran XİN başçısı bildirib.
Mətləb