...SİA-nın məlumatına görə, Agence France-Presse Səudiyyə rəsmisinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ prezidenti Donald Trampı İrana hücum etməməyə inandırmaq və Tehrana "xoş niyyətlərini nümayiş etdirmək şansı" vermək üçün "əhəmiyyətli diplomatik səylər göstəriblər".
Rəsmi şəxsin sözlərinə görə, üç ölkə Vaşinqtonu gərginləşmə halında "region üçün ciddi nəticələr" barədə xəbərdar edib.
O, əlavə edib ki, "əldə edilmiş etimadı gücləndirmək və müsbət münasibəti qorumaq üçün danışıqlar davam edir". Tramp əvvəllər İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini xəbərdar etmişdi.
Əli Babayev