ABŞ Venesuela neftinin ilk partiyasını satdı...

15 Yanvar 2026 18:06 (UTC+04:00)

...ABŞ, Vaşinqton və Karakas arasında bu ayın əvvəlində əldə edilən 2 milyard dollarlıq razılaşmanın bir hissəsi olaraq, təxminən 500 milyon dollar dəyərində ilk Venesuela neft partiyalarını satdı.

SİA-nın məlumatına görə, Reuters agentliyi ABŞ rəsmisinə istinadən xəbər verir ki, yaxın günlərdə və həftələrdə əlavə satışlar gözlənilir.

Administrasiya rəsmisi bildirib ki, ilkin neft satışından əldə edilən gəlirlər ABŞ hökumətinin nəzarətində olan bank hesablarında saxlanılır.

Enerji sənayesi mənbəyinə görə, əsas hesab Qətərdə yerləşir və onun sözlərinə görə, bu, ABŞ-ın razılığı ilə vəsaitlərin müsadirə riski olmadan köçürülə biləcəyi neytral ərazidir.

Qeyd edək ki, 7 yanvarda ABŞ hökuməti Venesuela xam neftinin qlobal satışına başlandığını elan etdi.

Təxminən 30-50 milyon barelin satılması gözlənilir. ABŞ Energetika Nazirliyi bildirib ki, Venesuela xam nefti və neft məhsullarının satışından əldə edilən bütün gəlirlər əvvəlcə beynəlxalq səviyyədə tanınmış banklardakı Vaşinqtonun nəzarətində olan hesablara köçürüləcək.

ABŞ prezidenti Donald Trampın İranda ümumxalq etirazlarının yatırılması zamanı baş verən qətllərin sona çatdığını söyləməsindən sonra neft qiymətləri 15 yanvarda kəskin şəkildə aşağı düşüb...

Əli Babayev