"Əhalinin sayı artdığından infrastruktur bu tələbləri ödəyə bilmir" - ŞƏRH EDİLDİ

15 Yanvar 2026 17:28 (UTC+04:00)

"Azərbaycanın paytaxtı Bakı şəhərində su təchizatının təmin olunması, kanalizasiya sistemlərinin bərpası və yenidən qurma ilə bağlı cənab Prezidentin müşavirəsini biz gördük. Ona verilən məlumatlar, hesbatlar və qeyd olunan sərəncamda həqiqətən bu gün Azərbaycanda, xüsusəndə paytaxtda böyük bir zərurət yaradıb ki, bu cür Dövlət Proqramı həyata keçsin və bununla bağlıda cəna Prezident sərəncam imzaladı". Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, son illərdə həqiqətəndə Bakı şəhəri həddindən artıq əhali baxımından yüklənib: "Bakı şəhərində əhalinin təminatı ilə bağlı infrastruktur məsələləri, xüsusilə kommunal xidmətlər, hələ də problemlidir. Məsələn, su təminatı bəzən gecikmələrlə təmin olunur; bəzi rayonlarda yay mövsümündə su həftədə üç dəfə verilir, şəhərlərin bəzi binalarında isə axşam saat 10-dan sonra su kəsilir. Bu, əhalinin gündəlik ehtiyaclarının təmin olunmasına ciddi təsir göstərir.

Bakı şəhərində payız və qış fəsilində yağan yağış infrastruktura çox ciddi zərər verir. Yollarda tıxaclar ayaranır, qəza halları baş verir, ölkənin infrastrukturu müasir tələblərə tam cavab vermir. Bu sahədə əsas problemlərdən biri köhnəlmiş sovet sistemi əsasında tikilmiş kanalizasiya sistemidir. Məsələn, Sovet dövründə şəhərin infrastrukturu 2 milyon nəfəri nəzərə alaraq qurulmuşdu. Hazırda isə əhalinin sayı artdığından infrastruktur bu tələbləri ödəyə bilmir. Prezidentin rəhbərliyi altında aparılan yoxlamalar və təqdim edilən məlumatlar göstərir ki, köklü infrastruktur layihələrinin icrasına başlanılması planlaşdırlır. Buna görə də ölkədə müasir infrastrukturun qurulması, əhalinin sosial təminatının gücləndirilməsi və su təchizatının imkanlarının artırılması prioritet məsələrdən biri kimi qiymətləndirlir".