...Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qrenlandiyadakı Avropa hərbi missiyası yaxın günlərdə quru, hava və dəniz resursları ilə gücləndiriləcək.
SİA xəbər verir ki, bu barədə Fransa Prezidentinin sözlərini sitat gətirən "Le Monde" qəzeti məlumat yayıb.
Makron Fransanın birgə Avropa missiyasında iştirak etmək üçün Qrenlandiyaya on beş əsgər göndərdiyini və "gücləndirmə" vəd etdiyini açıqlayıb.
...Avropalılar xüsusi məsuliyyət daşıyırlar, çünki bu ərazi Avropa İttifaqına məxsusdur. Əsgərlərin ilk qrupu artıq ərazidədir və yaxın günlərdə quru, hava və dəniz resursları ilə gücləndiriləcək.
Makron deyib bunu...
15 yanvarda Fransa qoşunlarının Danimarkanın tələbi ilə Qrenlandiyadakı hərbi təlimlərə qoşulacağı açıqlanıb. Estoniya da əsgərlərinin missiyada iştirakının davam etdiyini təsdiqləyib. Çərşənbə günü İsveç və Norveçin Danimarkanın tələbi ilə Qrenlandiyaya qoşun göndərdiyi açıqlanıb.
Əli Babayev