Rusiyanın keçmiş əmək nazirinin müavini Moskvada ölü tapılıb...

15 Yanvar 2026 14:59 (UTC+04:00)

...Rusiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın cəsədi Yeni Moskvada tapılıb. İlkin məlumata görə, o, intihar edib. Agentliyin mənbəyi aydınlaşdırıb ki, Sklyar 15 yanvar səhəri Filimonkovskoye kəndindəki şəxsi evində ölü tapılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keçmiş məmur ölümündən əvvəl Telegram kanalında vida mesajı buraxıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib.

..."Moskva" xəbər agentliyi hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşlarının cəsədin yanında tapança tapdığını bildirib.

"Baza" xəbər verir ki, Sklyarın dul qalmış arvadı Yuliya jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib, çünki o, "ciddi emosional stress vəziyyətindədir".

Ailəyə yaxın mənbələr kanala bildiriblər ki, cütlük "son bir neçə ildə qısqanclıq üzündən münaqişə və mübahisələr yaşayıb".

... Sklyarın 50 yaşı var idi. O, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemləri, elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məsələlərə nəzarət edib. Baş nazir Mixail Mişustinin istefası ilə bağlı sərəncamında onun könüllü istefa verdiyi bildirilirdi.

Əli Babayev