Azərbaycan və Vyetnam elektrik avtomobillərin istehsalı sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.
SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, nazir Vyetnamın "VinFast" şirkətinin İdarə Heyətinin sədri xanım Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetləri, ölkəmizin əlverişli işgüzar mühiti barədə fikirlərimizi bölüşdük", - deyə M. Cabbarov bildirib.