Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arağçı ilə telefon danışığı aparıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hakan Fidan mövcud regional gərginliyin azaldılması və problemlərin həlli üçün dialoq və danışıqların vacibliyini vurğulayıb.
Nazirlər bölgədə sabitliyin qorunmasının əhəmiyyətinə diqqət çəkərək, diplomatik təmasların davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Danışığın digər detalları açıqlanmayıb.