Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə 2026-cı il ərzində texniki baxış keçirəcək.
Bu barədə SİA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, texniki baxış Şimal regionunda, Muğan regionunda, Cənub regionunda, Daxili su hövzələrində, həmçinin Bakı şəhəri və Abşeron rayonu üzrə, Ələt-Bibiheybət, Zığ-Pirallahı, Şüvəlan-Nardaran və Görədil-Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində ayın müavfiq günlərində həyata keçiriləcək.
Qeyd edilib ki, texniki baxışın keçiriləcəyi günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.