Bakıda kişi dəm qazından boğulub

15 Yanvar 2026 09:18 (UTC+04:00)

Bakıda 25 yaşlı gənc dəm qazından boğularaq ölüb.

SİA xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

2001-ci il təvəllüdlü Rüstəm İsmayılov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.