...Qətərdəki Əl-Udeyd hava bazasından təkcə Amerika deyil, həm də Britaniya hərbçiləri ayrılır.
SİA xəbər verir ki, bu barədə The iPaper məlumat yayıb.
Nəşr qeyd edir ki, Kral Hərbi Hava Qüvvələrinin şəxsi heyəti Amerika qüvvələri ilə birlikdə Əl-Udeyd hava bazasında yerləşdirilib.
Jurnalistlər aydınlaşdırıblar ki, Kral Hərbi Hava Qüvvələrinin tankeri Kiprdəki Akrotiri hava bazasından Əl-Udeyd hava bazasına doğru yola düşüb, lakin uçuş məlumatları onun daha sonra Avropaya doğru döndüyünü göstərir.
Qeyd edək ki, Əl-Udeyd, təxminən 10.000 Amerika əsgərinin yerləşdiyi bölgədəki ən böyük ABŞ bazasıdır. 2025-ci ilin iyun ayında ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsindən sonra İran raketləri ilə vurulub.
Keçən il bəzi şəxsi heyət və onların ailələri ABŞ-ın İrana hava hücumları başlamazdan bir həftə əvvəl Yaxın Şərqdəki Amerika bazalarından geri çəkiliblər.
Əli Babayev