Almaniyada iki nəfəri bıçaqlayan şəxs zərərsizləşdirilib...

14 Yanvar 2026 20:47 (UTC+04:00)

Almaniyanın Ulm şəhərindəki ticarət mərkəzlərinin birində bıçaqlı hücum nəticəsində iki nəfər xəsarət alıb.

SİA yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxs mağazanın iki əməkdaşına xəsarət yetirdikdən sonra qaçmağa çalışarkən saxlanılıb. Polis onu saxlamaq üçün xidməti silahdan atəş açmalı olub. Şübhəli şəxs yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Polis hadisənin kütləvi hücum məqsədi daşımadığını açıqlayıb.

Hadisə ilə əlaqədar şəhərdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib.