ABŞ-lı nazir Trampın hələ də sağ olmasına təəccüblənir...

14 Yanvar 2026 21:15 (UTC+04:00)

ABŞ-ın səhiyyə naziri Robert Kennedi, Prezident Donald Trampın pis qidalanması səbəbindən hələ də sağ olmasına təəccübləndiyini bildirdi.

O, bu açıqlamanı ABŞ-ın keçmiş hökumət rəsmisi Keti Millerin aparıcılığı ilə yayımlanan podkastda verdi.

SİA-nın məlumatına görə, video YouTube-da mövcuddur. ...O, həqiqətən sağlam olmayan qidalar, xüsusən də McDonald's, konfetlər və Diet Coke yeyir.

Daim Diet Coke içir. Onun bədəni tanrı bədənidir. Bilmirəm necə sağdır, amma sağdır.

Bunu Kennedi deyib.

O, həmçinin ABŞ lideri ilə səyahət edərkən sanki gündəlik olaraq "zərərli qidalar" yediyini söylədi. Nazirin qeyd etdiyi kimi, Tramp özü sağlam qidalandığını iddia edir, lakin yolda fast food-a üstünlük verir.

Əli Babayev