Ölkənin I bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir

14 Yanvar 2026 22:34 (UTC+04:00)

1 milyard 881 milyon 674 min manat

"Kapital Bank" ASC ötən ilin maliyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə, bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6 % artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub, eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır.

Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8 % artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.

Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin I bankı 315 milyon manat xalis mənfəət əldə edib. Bu, bankın 2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9 % daha çoxdur.

Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb.

Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7 % azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9 % artaraq 3 milyard 136 milyon 823 min manata çatıb.

2025-ci ilə bankın kapitalı da 27 % artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5 %-lik normanı üstələyərək 14,1 % təşkil edib.

2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,9 % təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.

Ölkənin I bankı "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Kapital Bank” ASC