FİFA Rusiyanın "Rostov" klubuna sanksiya tətbiq edib. SİA xəbər verir ki, qurumun rəsmi saytında yer alan məlumata görə, kluba yeni futbolçu qeydiyyatdan keçirmək qadağan olunub. Qərara əsasən, Rostov təmsilçisi 2027-ci ilə qədər ardıcıl 3 transfer pəncərəsində heyətinə yeni oyunçu qata bilməyəcək.
Klubun mətbuat xidməti məsələyə aydınlıq gətirərək problemin borc səbəbindən yarandığını bildirib. Məlum olub ki, "Rostov"un Uruqvayın "Penyarol" klubuna Rodriqo Saraviyanın transferinə görə borcu qalıb. 2024-cü ilin yayında reallaşan keçid üçün ödəniş hissə-hissə edilməli olsa da, Rusiya klubu son tranşı ödəməyib. Rəhbərlik problemi ən qısa zamanda həll etməyə çalışacağını bəyan edib.
Mətləb