...SİA-nın TASS-dan əldə etdiyi məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ tərəfindən sanksiyaların tətbiqi Vaşinqtonun rəqabət mövqeyinin pisləşdiyini göstərir.
...ABŞ kimi güclü bir ölkə bu cür vicdansız metodlardan, vicdansız rəqabət metodlarından istifadə etdikdə, bu, yalnız ABŞ-ın rəqabət mövqeyinin durmadan pisləşdiyini göstərir.
Bunu deyən Lavrov əlavə edib ki, öz mövqeyini müdafiə etməyin "daha ədalətli" metodları var.
Onun sözlərinə görə, sanksiyaların tətbiqi beynəlxalq iqtisadi və siyasi münasibətlərdə ciddi böhrana səbəb ola bilər.
Bir neçə saat əvvəl Lavrov ABŞ-ın hərəkətlərinin qloballaşmanı məhv etdiyini bildirib.
Rusiya xarici işlər naziri qeyd edib ki, Vaşinqtonun Venesueladakı əməliyyatı beynəlxalq hüququ və beynəlxalq münasibətlər sistemini pozur.
Eyni zamanda, nazirin sözlərinə görə, ABŞ-ın öz qloballaşma prinsiplərindən imtina etməsi Vaşinqtonun etibarsızlığından xəbər verir.
...Və daha əvvəl Lavrov ABŞ ilə münaqişə fonunda Venesuelanı dəstəkləyib.
Əli Babayev