...SİA xəbər verir ki, Fox News-un məlumatına görə, Dövlət Departamentinin sözçüsü Tommi Piqqott bildirib ki, ABŞ, Rusiya da daxil olmaqla, 75 ölkənin vətəndaşları üçün viza prosedurunu dayandırır.
Qərar 21 yanvar 2026-cı ildə qüvvəyə minəcək və qeyri-müəyyən müddətə qüvvədə qalacaq.
Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, bu tədbir immiqrasiya prosedurlarının nəzərdən keçirilməsi ilə bağlıdır. Piqqott izah edib ki, "Dövlət Departamenti Sosial Təminat və dövlət müavinətləri alan xarici vətəndaşların ölkəyə daxil olmasının qarşısını almaq üçün immiqrasiya ilə bağlı icra prosedurlarını nəzərdən keçirərkən bu 75 ölkədən immiqrasiya dayandırılacaq".
Dayandırılmanın təsir etdiyi ölkələr arasında İran, Braziliya və Somali də var.
...Və Belarusun da daxil olub-olmadığı hələ məlum deyil.
Əli Babayev