Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı əvvəlki aya nisbətən 105 min barel artaraq gündəlik 28 milyon 564 min barelə çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təşkilat üzrə ötən ay hasilatın ən böyük artımı İraqda, ən böyük azalma isə Venesuelada baş verib. İraqda hasilat 55 min barel artaraq sutkada 4 milyon 119 min barel olub. Venesuelada isə istehsal 60 min barel azalaraq gündəlik 896 min barelə düşüb.
Hesabat ayında OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı noyabrla müqayisədə 238 min barel azalaraq gündəlik 42 milyon 831 min barel təşkil edib.